Ukrayna Müdafiə Qüvvələri Melitopol istiqamətində hücum əməliyyatını davam etdirir.
Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhər hesabatında bildirilir.
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanlığının Strateji Kommunikasiyalar Departamentinin məlumatına görə, Berdyansk və Luqansk yaxınlığındakı aerodromlara gecə hücumları nəticəsində Rusiya helikopterləri vurulub.
Qeyd olunub ki, gün ərzində Müdafiə Qüvvələrinin aviasiyası düşmənin şəxsi heyəti, silah və hərbi texnikasının cəmləşdiyi ərazilərə 4 zərbə endirib. Raket qüvvələrinin bölmələri desant meydançalarında 2 helikopteri, bir sursat anbarını və bir düşmən artilleriya silahını vurub.
Murad Məmmdəli
















