• Bakı 10° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Netanyahu və Blinken yenidən görüşdü

DÜNYA

17 Oktyabr 2023 | 00:28

Netanyahu və Blinken yenidən görüşdü

İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əvivdə ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, bu onların Qəzza zolağı ətrafında vəziyyətin gərginləşməsindən sonra olan ikinci görüşüdür.

Görüş Təl-Əvivdə Müdafiə Nazirliyi və təhlükəsizlik qüvvələrinin binaları kompleksində baş tutub və orada Netanyahudan başqa, müdafiə naziri Yoav Qalant da daxil olmaqla hərbi-siyasi kabinetin üzvləri iştirak ediblər.

Qeyd edək ki, Blinken 7 oktyabrda İsrail və Fələstin arasında vəziyyət gərginləşəndən sonra 12 oktyabrda da İsrailə səfər edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026