• Bakı 21° C

    3.14 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Ukrayna səfiri humanitar yardıma görə İlham Əliyevə təşəkkür etdi

GÜNDƏM

12 Mart 2022 | 10:43 | Müəllif: Subhan Mahmudov

Ukrayna səfiri humanitar yardıma görə İlham Əliyevə təşəkkür etdi

Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan hökumətinə, bütün Azərbaycan xalqına belə bir böhranlı zamanda, Ukrayna üçün çətin bir zamanda Ukraynaya mühüm humanitar yardım göstərdiyinə görə səmimi qəlbdən təşəkkür etmək istəyirəm.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.

Bunun Azərbaycanın Ukraynaya ilk humanitar yardımı olmadığını qeyd edən səfir çatdırılan yükün hazırda atəş altında olan yüzlərlə dinc sakinin həyatını xilas edəcəyini vurğulayıb.

"Azərbaycandan Ukraynaya məhz hazırda ehtiyac duyulan şeylər - dərman, tibbi avadanlıqlar, qida göndərilir. Azərbaycan və Ukrayna uzun illər nümayiş etdirib ki, biz sadəcə strateji tərəfdaş deyilik, həm də dostuq", - deyə səfir bildirib.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026