• Bakı 18° C

    7.91 m/s

  • USD - 1.7

    EUR - 1.9937

    RUB - 2.035

Ukraynada müharibə: Rusiya min pilotsuz təyyarə ilə hücum edəcək

DÜNYA

30 Sentyabr 2025 | 07:20

Ukraynada müharibə: Rusiya min pilotsuz təyyarə ilə hücum edəcək

Rusiyanın  Ukraynaya hücumu bütün cəbhələrdə güclənir. Avropa ölkələri  hələlik naməlum pilotsuz təyyarələrin hava məkanına  daxil olmasından  narahat olsalar da, Ukrayna ilk növbədə mülki infrastrukturuna qarşı davamlı hücumlara  məruz qalmaqda davam edir.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, daha 595 pilotsuz təyyarə və 48 raket, o cümlədən 38 Kh-101, 8 Kalibr və 2 Kinjal Ukrayna ərazisinə düşüb. Kiyev hərbi administrasiyası bildirib ki, klinika, fabriklər və yaşayış məntəqələri vurulub. Moskva hərbi obyektləri hədəf aldığını iddia edib. Bununla belə, azı 4 nəfər, o cümlədən 12 yaşlı qız həlak olub.

Rusiya müntəzəm olaraq 250 pilotsuz uçan aparat həddini keçir. Sentyabrın əvvəlində bir anda 800 dron havaya qalxıb. 500-dən çox silahla hücumlar artıq müntəzəm xarakter alıb. Hərbi ekspertlər yaxın aylarda min pilotsuz təyyarə ilə hücumların olacağını proqnozlaşdırırlar.

Aydın Baxış


SON XƏBƏRLƏR

29 Sentyabr 2025