• Bakı 11° C

    8.41 m/s

  • USD - 1.7

    EUR - 1.9576

    RUB - 2.1644

Valideynlərin zorakılıq etdiyi uşaq müəssisəyə yerləşdirildi

CƏMİYYƏT

25 Noyabr 2025 | 17:09

Valideynlərin zorakılıq etdiyi uşaq müəssisəyə yerləşdirildi

Bir müddət öncə Ağdamda valideynləri tərəfindən zorakılığa məruz qaldığı iddia edilən uşaq müəssisəyə yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Belə ki, agentliyin əməkdaşları Ağdamda valideynləri tərəfindən zorakılığa məruz qaldığı iddia edilən uşaqla bağlı məlumat daxil olduğu ilk andan prosesə cəlb edilib.

Aparılan qiymətləndirmənin nəticəsinə əsasən iki azyaşlı qardaş aidiyyəti qurumlarla koordinasiyalı şəkildə səhiyyə müəssisəsinə yerləşdirilərək müayinə və müalicə prosedurlarına cəlb edilib.

Ötən dövrdə Agentlik tərəfindən hər iki uşağın vəziyyəti diqqətdə saxlanılıb və azyaşlıların mənafeyinə uyğun addımların atılması məqsədilə aidiyyəti qurumlarla iş aparılıb.

Müvafiq tibbi xidmətlər göstərilən azyaşlılardan biri müalicə və müayinələri bitdikdən sonra körpələr evinə, digəri isə reabilitasiya prosesinin davam etdirilməsi məqsədilə Səhiyyə Nazirliyinin müvafiq müəssisəsinə yerləşdirilib.

Xatırladaq ki, Ağdamda avqustun 27-də azyaşlı valideynləri tərəfindən zorakılığa məruz qalmışdı.


SON XƏBƏRLƏR