Meta-nın ani mesajlaşma tətbiqi WhatsApp-ın Android, iOS və masaüstü versiyalarına yeni funksiyalar gəlir.
Bakivaxti.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, WhatsApp-da qrup adminləri tezliklə İcma yarada biləcəklər. Bu, qrup adminlərinə daha çox nəzarət imkanı verəcək. Adminlər qruplar daxilində yeni qruplar formalaşdıra bilmək imkanına malik olacaqlar. Bütün qruplar başdan sona şifrələnəcək.
Xəbərə görə, WhatsApp qrup adminlərinə digər qrup üzvləri tərəfindən göndərilən mesajları silmək imkanı verən yeni funksiya üzərində işləyir. Bu funksiya ilə qrup adminləri qrup üzvləri tərəfindən uyğunsuz hesab edilən mesajları icazəsiz silə biləcəklər. Belə idarəçilər qrup üzərində nəzarəti artıracaqlar.
Bundan başqa, WhatsApp hesabları daha təhlükəsiz etmək üçün masaüstü və veb versiyalarına da iki addımlı doğrulama tətbiq etməyi planlaşdırır. “Bu, hesaba icazəsiz girişin qarşısını alacaq. İki addımlı doğrulama ilə hesab sahibləri PİN kodu yaradacaqlar”, - deyə məlumatda bildirilir.
Aytac Aslan
















