Vatsap yeni funksiya üzərində işləyir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Qeyd olunur ki, səsli və video zənglər zamanı istifadəçilərə İP ünvanlarını gizlətməyə imkan verəcək yeni funksiya fəaliyyət göstərəcək.
"Zənglərdə IP ünvanını qoruyun" seçimi ilə vatsap zəngdə olan digər insanlardan sizin yeri və İP ünvanınızı öyrənə bilməyəcək. Çünki cihazınızda olan zənglər öz serverləri vasitəsilə təhlükəsiz şəkildə ötürüləcək.
Axtarışlarda IP ünvanını qorumaq üçün yeni məxfilik funksiyası inkişaf mərhələsindədir və tətbiqin gələcək yeniləməsində əlçatan olacağı gözlənilir.
Bununla yanaşı vatsap qrup söhbətlərindəki mesajları 24 saat, 7 gün və 30 gün ərzində söhbətin yuxarı hissəsində saxlaya bilən funksiyanın da olacağına dair iddialar var.
Bu funksiya vatsap qruplarında verilən elanların əlçatımlı olmasına, daha çox insanın görməsinə imkan verəcək.
Xəyalə Rza


jpg-1696497237.jpg)












