• Bakı 14° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Apple qatlana bilən "iPad" üzərində işləyir

MULTİMEDİA

19 Oktyabr 2023 | 13:42

Apple qatlana bilən "iPad" üzərində işləyir

Apple qatlana bilən “iPad” üzərində işləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici mediya məlumat yayıb.

Məlumata görə, şirkətin cihazı gələn ilin sonuna doğru təqdim etməyə hazırlaşdığı iddia edilib.

Bildirilib ki, qatlanan ekran texnologiyası üçün "Samsung" və "LG" ilə müqavilə bağlanıb.

"Apple" 4 ildir ki, qatlana bilən məhsullar üzərində işləyir və bu müddət ərzində davamlı dizayn dəyişiklikləri edərək, qatlana bilən "iPhone" üzərində işləmədən əvvəl qatlana bilən "iPad"i istehsal etməyi planlaşdırır.

Apple-ın cihazı 2024-cü ilin sonu və ya 2025-ci ilin əvvəlində istehsal ediləcəyi irəli sürülüb.

Apple-ın bu mərhələdəki əsas məqsədi daha sərfəli cihaza nail olmaqdır.

"DigiTimes" qeyd edib ki, qatlana bilən cihaz "iPad" tədarükünü artıra və qlobal planşet satışlarının azalmasına səbəb ola bilər.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026