• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

“WhatsApp” istifadəçilərinə PİS XƏBƏR

Multİmedia

16 Noyabr 2023 | 13:16

“WhatsApp” istifadəçilərinə PİS XƏBƏR

"Google" artıq "WhatsApp" üçün limitsiz yaddaşın təklif olunmayacağını açıqlayıb.

Bakıvaxtı.az bildirir ki, istifadəçilər "Google One" abunəliyindəki yaddaş sahəsinə uyğun olaraq "WhatsApp"ın ehtiyat nüsxəsini çıxara biləcəklər.

"WhatsApp" illərdir "Android" və "iOS" ekosistemində istifadəçilərinə ehtiyat imkanlar təqdim edir. Bu mövzuda; "iPhone" istifadəçiləri "iCloud" vasitəsilə, "Android" istifadəçiləri isə "Google Disk" vasitəsilə ehtiyat nüsxəsini çıxara bilər. "Google" və "WhatsApp" tərəfindən edilən birgə açıqlamada, "Google Drive" ehtiyat nüsxələrinin artıq limitsiz olmayacağı bildirilib.

Qeyd edək ki, yaxın günlərdən etibarən istifadəçilər "WhatsApp" məlumatlarının ehtiyat nüsxəsini yalnız "Google" hesablarında saxlama yeri (15GB) qədər saxlaya biləcəklər. "Google" hesabında yaddaş yerini dolduran istifadəçi ya "Google One" paketi almalı, və yaxud bəzi məlumatlarını silməli olacaq.

 


SON XƏBƏRLƏR

26 Iyul 2024