• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Apple 25 milyon dollarlıq razılaşma əldə etdi

Multİmedia

10 Noyabr 2023 | 11:44

Apple 25 milyon dollarlıq razılaşma əldə etdi

ABŞ-ın texnologiya nəhənglərindən biri olan Apple 2018-2019-cu illərdə işə götürərkən “ayrı-seçkilik” siyasəti yürütdüyü iddiası ilə başladılan istintaqda ABŞ Ədliyyə Nazirliyi ilə 25 milyon dollarlıq müqavilə bağlayıb. 

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan razılaşma mətnində Apple-ın 2018-2019-cu illərdə işə qəbulda ABŞ İmmiqrasiya və Vətəndaşlıq Qanununu pozduğu təsbit edildiyi və 2019-cu ildə istintaq başladıldığı qeyd edilib. 

Açıqlamada qeyd olunub ki, “Apple” bəzi hallarda ABŞ vətəndaşları olmayanların yerinə vətəndaşlığı olanlara üstünlük verir.

Araşdırma nəticəsində Apple ilə Ədliyyə Nazirliyinin 25 milyon dollarlıq razılaşma əldə etdiyi bildirilib.

Digər tərəfdən, Apple Associated Press-ə verdiyi açıqlamada Apple-ın qəsdən ayrı-seçkilik siyasəti izləmədiyini ifadə edərək "Ədliyyə Nazirliyinin standartlarına qəsdən əməl etmədiyimizi anladığımız zaman 25 milyon dollar ödəməyə razılaşdıq” deyib. 

Ay Tac


SON XƏBƏRLƏR

26 Iyul 2024