• Bakı 7° C

    0.91 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"X" bu ölkələrdə ödənişli olacaq

MULTİMEDİA

18 Oktyabr 2023 | 13:30

"X" bu ölkələrdə ödənişli olacaq

Əvvəllər "Twitter" kimi tanınan "X" paltforması yeni layihəsi ilə gündəmə gəlib.

Bakıvaxtı.az xarici KİV-ə istinadla xəbər verir ki, Yeni Zelandiya və Filippində “Not A Bot” proqramı adı altında yeni hesablar açan istifadəçilərdən illik 1 dollar ödəniş tələb edir.

Belə ki, ödəniş etməyən yeni istifadəçilər yalnız oxumaq üçün hesaba sahib olacaq və platformada paylaşılan yazılarla əlaqə saxlaya bilməyəcəklər.

Ödəniş etməyən istifadəçilər məzmun yerləşdirə, bəyənə, repost edə, cavab verə, əlfəcin edə və postları sitat gətirə biləcəklər.

"Biz aşağı səviyyəli qiymət sistemindən istifadə edəcəyik. Lakin mənim fikrimcə, bu addım platformada bot ordusuna qarşı yeganə müdafiədir",-deyə İlon Mask bildirib.

Qeyd edək ki, "X" hazırda yalnız ayda 8 dollar ödənişli plana malikdir. Həmçinin, şirkət tamamilə reklamsız fəaliyyət göstərmək üçün 3 premium səviyyə təklif edə bilər.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026