"Apple" iyul-sentyabr dövrü üçün balans hesabatını açıqlayıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, "Apple" tərəfindən edilən açıqlamaya görə, şirkətin gəliri keçən ilin eyni dövrü ilə müqayisədə, təxminən, 1% azalaraq 89,5 milyard dollara düşüb. Şirkət ötən ilin eyni dövründə 90,2 milyard dollar gəlir əldə edib.
Beləliklə, şirkətin gəlirləri ardıcıl 4-cü rübdür ki, azalıb. Bu dövrdə yaşanan azalmaya baxmayaraq, bazar gözləntilərinin üzərində olan şirkətin gəlirinin 89,3 milyard dollar olacağı gözlənilirdi.
"Apple"-ın xalis mənfəəti iyul-sentyabr dövründə əvvəlki ilin eyni dövrünə görə yüzdə 10,8 artaraq 22,96 milyard dollara çatıb. Şirkətin xalis mənfəəti ötən ilin eyni dövründə 20,72 milyard dollar olub.
Şirkətin səhm üzrə mənfəəti qeyd olunan dövrdə 1,29 dollardan 1,46 dollara yüksəlib.
Qeyd edək ki, bu dövrdə "Apple"ın smartfon satışları artarsa da, planşet və kompüter satışları azalıb. İyul-sentyabr dövründə iPhone satışlarının məbləği keçən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artaraq 43,8 milyard dollara çatıb. Eyni dövrdə Mac satışları 33,8 faiz azalaraq 7,6 milyard dollara, iPad satışları isə 10,2 faiz azalaraq 6,4 milyard dollara düşüb.
Ay Tac