• Bakı 23° C

    2.54 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

“Meta” HƏMAS-la bağlı paylaşımları siləcək

MULTİMEDİA

14 Oktyabr 2023 | 09:04

“Meta” HƏMAS-la bağlı paylaşımları siləcək

Amerikanın "Meta" şirkəti HƏMAS-ın müəllifi olduğu və ya bu hərəkatı dəstəkləyən bütün paylaşımları siləcəyini bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ hökuməti HƏMAS-ı xarici terror təşkilatı kimi səciyyələndirir, buna görə də şirkətin platformalarında bu hərəkatı dəstəkləyən yazıların dərc edilməsi qadağan edilir. Eyni zamanda ictimai-siyasi, insan haqları ilə bağlı xəbərlərin və məsələlərin işıqlandırılmasına icazə veriləcək.

Məlumata görə, şirkətdə daxil olan məlumatların monitorinqini həyata keçirəcək xüsusi mərkəz yaradılıb. Mərkəzin vəzifələrinə digər məsələlərlə yanaşı, ictimai qaydalara uyğun gəlməyən məlumatların silinməsi də daxildir. Eyni zamanda alqoritmlərə nəzarət də gücləndiriləcək.


SON XƏBƏRLƏR

09 May 2025