• Bakı 19° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.0391

Xanım sürücülərə əsəbləşdi: “Niyə “tormoz” verirsiniz?

MƏDƏNİYYƏT

21 May 2024 | 09:00

Xanım sürücülərə əsəbləşdi: “Niyə “tormoz” verirsiniz?

“Mənə bir şey maraqlıdır, maşınlar istehsal olunanda ora “povorotnik” (dönmə işığı - red.) qoyulur ki, sürücülər sağa və yaxud sola dönəndə bundan istifadə etsinlər”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Aysun İsmayılova sosial media hesabındakı paylaşımında deyib.

İfaçı sürücülərdən gileylənib:

“Niyə sürücülərimizin bir çoxu “povorotnik”dən istifadə etmirlər? Mən dayanacağa düşəndə belə yandırıram, bilmirəm, bəlkə də səhvəm. Kim hara istəyir, ora da girib-çıxır. Bir də maşın sürən xanımlar, niyə “tormoz”dan (əyləc -red.) bu qədər çox istifadə edirsiniz? Düz yolda da əyləcdən istifadə edirlər. Nə qədər siqnal verirəm ki, sür də, yol boşdur. Sizin də qarşınıza belə sürücülər çıxır?”.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR