• Bakı 25° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Xəzərdəki zəlzələ Qazaxıstanda da hiss edilib

CƏMİYYƏT

04 Iyul 2023 | 11:13

Xəzərdəki zəlzələ Qazaxıstanda da hiss edilib

İyulun 4-nə keçən gecə Xəzər dənizində baş vermiş zəlzələ Qazaxıstanın qərbində yerləşən Aktau liman şəhərində də hiss olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin seysmoloji təcrübə-metodiki ekspedisiyası məlumat verib.

Qazaxıstanlı seysmoloqların məlumatına görə, zəlzələnin gücü 5,8 bal olub. Eyni zamanda Aktauda 2-3 bal gücündə (MSK-64 şkalası üzrə) yeraltı təkanlar hiss olunub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xatırladaq ki, ötən gecə Xəzər dənizində baş verən zəlzələ Azərbaycanda da hiss edilib. Zəlzələnin gücü 5,7 bal olub. Bu barədə Seysmoloji Xidmət Mərkəzindən xəbər yayılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026