Azərbaycannın xarici işlər naziri Ceyhun Bayramov və nazirliyin heyəti 20 Yanvar - Ümumxalq Hüzn Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət edib.
Bakıvaxtı.az xəbər verir ki, ziyarət zamanı Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən oğul və qızlarımızın əziz xatirəsi dərin hörmət və minnətdarlıqla yad edilib, onların məzarları üzərinə gül dəstələri düzülüb.