• Bakı -0° C

    15.08 m/s

  • USD - 1.7

    EUR - 1.7732

    RUB - 1.8979

Avropa İttifaqının 16-cı sanksiya paketi: Rusiyaya təsiri və alternativ yollar

SİYASƏT

19 Fevral 2025 | 14:15

Avropa İttifaqının 16-cı sanksiya paketi: Rusiyaya təsiri və alternativ yollar

Avropa İttifaqının 27 üzv ölkəsinin səfirləri Rusiyaya qarşı 16-cı sanksiya paketini təsdiqləyib. Bu qərar, Aİ-nin Rusiyanın hərəkətlərinə qarşı təzyiqi artırmaq məqsədini güdür və beynəlxalq aləmdə ciddi əks-səda doğurur.

Sanksiya paketinin məqsədi Rusiyanın Ukrayna ilə apardığı müharibəyə dəstək vermək, onun beynəlxalq maliyyə sistemindən və iqtisadiyyatından təcrid edilməsi prosesini davam etdirməkdir. Yeni sanksiyalar, əsasən, enerji sektoru, texnoloji məhsullar və hərbi avadanlıqlar ilə əlaqəli sahələrə yönəlir. Bununla yanaşı, Rusiyanın iqtisadiyyatına daha çox zərər vurmağı hədəfləyən tədbirlər, eləcə də, şəxslərə və təşkilatlara qarşı yeni məhdudiyyətlər qoyulub. Avropa İttifaqı Rusiyanın Ukraynadakı hərbi fəaliyyətlərinə qarşı sərt addımlar atmağa davam edir və bu sanksiya paketi Aİ-nin münaqişənin sülh yolu ilə həllinə yönələn diplomatik cəhdlərinin bir hissəsidir. Bu sanksiyalar, həmçinin, Rusiyanın beynəlxalq ticarətini və iqtisadi əlaqələrini zəiflətməyi hədəfləyir.

Rusiya, bu sanksiyaların Avropanın öz iqtisadiyyatına da mənfi təsir göstərəcəyini iddia edərək, qarşılıq olaraq öz tərəfini qorumağa çalışır. Eyni zamanda, Aİ-nin bu sanksiyalarının sərtliyi, ümumilikdə, regionda və dünyada siyasi gərginliyi artırır.

Rusiya bu sanksiyalardan yayınmaq üçün hansı alternativ yolları istifadə edə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, əslində, Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi sanksiyalar iqtisadi zərbə vurmur: 

"Təbii ki, bunun bir çox obyektiv və subyektiv səbəbləri var. Məsələn, Rusiya hələ də Mərkəzi və Cənub-Şərqi Avropa ölkələri üçün enerji siyasəti mövzusunda və iqtisadi dəstək baxımından "nəfəslik" rolunu oynayır. Eyni zamanda, Avropa İttifaqı bütöv bir qurumdur. Yəni ki, qərarlar qəbul edilən zaman Fransa və digər Qərbi Avropa liderlərinin yox, Mərkəzi və Cənub-Şərqi Avropa liderlərinin fikirləri də əsas götürülür".

Tural İsmayılov: Moskva addımlardan ciddi formada təsirlənmir

Onun sözlərinə görə, Avropa İttifaqı və onun sansksiyalarından danışarkən qeyd etmək lazımdır ki, qərarlar bu və ya digər dərəcədə yekdil formada alınsa da, praktikada bu, belə deyil: 

"Bəzi sanksiyalar tətbiq edildikdən sonra Avropanın bir qismi sözügedən addımlara riayət etmir. Onlar öz bildikləri kimi davranmağa davam edirlər. Həmçinin, Almaniya və Fransa yaxşı fərqindədir ki, Rusiyanın enerji məhsullarından Avropanın tam imtina etmək şansı yoxdur. Bu da nəticədə Rusiya ilə iqtisadi əlaqələrin köklü şəkildə bloklanmamasına səbəb olur. Nəticə etibarilə rəsmi Moskva heç bir halda bu addımlardan ciddi formada təsirlənmir".

Əli Hüseynov


SON XƏBƏRLƏR

20 Fevral 2025