• Bakı 23° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.1656

Xoşqədəm xanıma yazdım ki, qohumlarımı itirmək istəyirəm - Röya

MƏDƏNİYYƏT

19 Iyun 2023 | 15:44

Xoşqədəm xanıma yazdım ki, qohumlarımı itirmək istəyirəm - Röya

Xalq artisti Röya Ayxan teleaparıcı Xoşqədəm Hidayətqızına ünvanladığı videodan danışıb.

Bakıvaxtı.az xəbər verir ki, müğənni "Günaydın Azərbaycan" verilişində qonaq olarkən həmin videodan söz açıb:

"Mən uşaqlıqdan elə gülməli şeylər edərdim. Çox zarafatcıl insanam əslində. Atama göndərdim videonu ki, Xoşqədəm xanıma yazdım qohumlarımı itirmək istəyirəm. O da başa düşdü. Bilir axı, Bakıda yaşayır, tanıyır Xoşqədəm xanımın verilişini. Ona görə güldü. Anam Türkiyədə yaşayır o başa düşmədi. Dedi nə tez bezmisən, ağladı. Dedi ki, Allah birinə verir o da eləməlidir. Nə tez yoruldun sən? Dedim ki, bu zarafatdır Xoşqədəm xanımın verilişindən götürmüşəm bunu",- deyə Xalq artisti bildirib.

Röya Ayxan sonda qeyd edib ki, 2 gün anasına başa salmağa çalışıb: "Dedim ki, o mən deyiləm. Bu, zarafat idi. Verilişə görə çəkilən videodur".

Xəyalə Rza


SON XƏBƏRLƏR

24 Iyun 2025