Unutqanlıq müasir dövrün əsas problemlərindəndir. Hər kəs nə zamansa nəyisə unudur. Hətta əksər insanlarda bu, artıq adi hal kimi müşahidə olunur.
Bakıvaxtı.az yaddaşı artırmağın, onu inkişaf etdirməyin yollarını 5 addımda araşdırıb təqdim edir.
1.Qidalanma: Düzgün və sağlam qidalanma zehni qabiliyyətin inkişafına, xüsusilə də yaddaşın güclənməsinə təsir göstərir.
Su, meyvə və tərəvəz, balıq, yumurta, çərəzlər və toxumlar, paxlalılar və taxıl, çay, adaçayı, rozmarin (bibəriyyə), ispanaq, yer armudu (topinambur), otlar və kök sistemləri daxildir.
Sadalanan qidalarla yanaşı, balanslı səhər yeməyi də beynin işini gücləndirir. Faydalı səhər yeməyi məktəbyaşlı uşaqların inkişafına və sağlamlığına xüsusilə kömək edir. Onların yaddaşını, düşünmə qabiliyyətini və qavramasını yaxşılaşdırır.
2. Yuxu rejimi: Gündəlik yuxu tələbatını ödəmək öyrənməyi asanlaşdırır və yaddaşı gücləndirir. Gecələr eyni vaxtda və müntəzəm olaraq yatın. Yorğunluğunuzu azaltmaq üçün planlarınızı günün erkən saatlarında reallaşdırın. Yuxusuzluq və yuxu apnesi kimi bəzi problemlər sizi gün ərzində daha çox yorğun hiss etdirdiyi üçün xatırlamağınızı çətinləşdirə bilər.
Qısa müddətli yuxu yorğunluğu azaldır, istirahət isə konsentrasiyanı yaxşılaşdırır.
3. Tapmaca həll edin kitab oxuyun: Krossvord hazırlayarkən verilən ipucu ilə siz əvvəllər öyrəndiyiniz məlumatdan yenidən istifadə edirsiniz. Onu həll edərkən diqqətinizi cəmləşdirir və konsentrasiyanızı artırırsınız. Bunlar yeni xatirələrin xatırlanmasına kömək edir.
Puzzle edin. Formaları və rəngləri tanıyaraq yaxın yaddaşı dəstəkləyir. Düzgün parçanı tapmaq və yerləşdirmək uğur və xoşbəxtlik verir, zövq verir. Bu konsentrasiyanı və diqqəti artırır. Yeni məlumatlar öyrənmək və oxumaq da zehni fəaliyyətləri dəstəkləyir. Oxuduğunuz mətndəki mövzu ilə müəyyən hadisələri əlaqələndirə bilirsiniz. Yaxınlarınızla izlədiyiniz film və ya seriallara şərh edin, danışın.
Kitab oxuyun. Hobbi və ya yeni fəaliyyətlər əldə etmək yalnız ünsiyyətcilliyi artırmır, həm də zehni dəstəkləyir və motivasiya edir, depressiyaya meyli azaldır.
4. Zərərli vərdişlərdən uzaqlaşın: Zərərli vərdişlər yaddaşa bilavasitə təsir göstərir. Beyinə oksigen getməsinə mane olur. Məsələn, siqaret yaddaşa mənfi təsir göstərir. Çünki, beyinə kifayət qədər oksigenin getmir və Serebrovaskulyar xəstəliklər baxımından da risk yaradır. Beyninizin və ürəyinizin sağlamlığı üçün aludə olduğunuz vərdişlər varsa, buraxın.
5. Saqqız çeynəmək: Əksər idmançılar, iş adamları, tələbələr və kino sənətçiləri sakit qalmaq və gərginliyi azaltmaq üçün oyun zamanı saqqız çeynəməyə üstünlük verirlər. Eyni zamanda bəzi müəllimlər məktəblərdə uşaqların imtahan zamanı saqqız çeynəməsinin onların sayıqlığını və konsentrasiyasını artıracağını iddia edirlər.
Tədqiqatçılar saqqız çeynəməyin yaddaşa mütləq müsbət təsir etdiyini aşkar ediblər. Saqqız heç vaxt dişlərə zərər vermir.
Qeyd edək ki, əgər sadalanan yollarla yaddaşınızda artım müşahidə etmirsizsə, mütləq həkim müayinəsindən keçməyiniz tövsiyə olunur. Bundan sonra məsələ kökündən həll olunacaq və yaddaşınız zamanla bərpa olunacaq.
Xəyalə Rza



jpg-1685777410.webp)


jpg-1685775770.webp)









