• Bakı 17° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Yanğının qarşısında tiktok çəkən qızlar saxlanıldılar - VİDEO

DÜNYA

04 Avqust 2025 | 09:35

Yanğının qarşısında tiktok çəkən qızlar saxlanıldılar - VİDEO

Rusiyada neft bazasında yanğın fonunda video çəkən iki gənc qız saxlanılıb.

Bakıvaxtı.az Milli.Az-a istinadən xəbər verir ki, Rusiyanın Soçi şəhərinə işləməyə gedən 19 yaşlı Karina və 21 yaşlı Darya Adlerdəki neft bazasında baş verən yanğın fonunda TikTok üçün video çəkdiklərinə görə saxlanılıblar.

Onlar videonu "Malinovıy rassvet" musiqisi altında çəkiblər. Polisə aparılan qızlar hadisə vaxtı sərxoş olduqlarını və videonu sosial şəbəkəyə əyləncə məqsədilə yerləşdirdiklərini bildiriblər. Video artıq internetdən silinib. Hər üç nəfər etdiklərinə görə peşman olduqlarını bildiriblər.

Karina barəsində fövqəladə hallarda davranış qaydalarının pozulması maddəsi ilə inzibati protokol tərtib olunub. Ona 30 min rubla qədər cərimə tətbiq oluna bilər.

 


SON XƏBƏRLƏR

09 Noyabr 2025