• Bakı 26° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.9864

    RUB - 2.1384

Yaponiyada raket təlimlərinin dayandırılması tələb olunub

DÜNYA

24 Iyun 2025 | 13:30

Yaponiyada raket təlimlərinin dayandırılması tələb olunub

Hokkaydo adasındakı altı ictimai təşkilatın nümayəndələri Yaponiya Müdafiə Nazirliyindən Type-88 yerüstü gəmi əleyhinə raketlərdən istifadə edilən təlimləri dayandırmağı tələb ediblər.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, fəallar bu təlimin təxribat olduğunu bildiriblər.

"Bu, Yaponiyanın müharibənin tərəflərindən birinə çevrilməsinə səbəb ola bilər. Müharibənin qarşısını alan qüvvələri gücləndirməkdən qaçmaq olmaz", - fəallar vurğulayıblar.

Qeyd edək ki, təlimlərin iyunun 24-dən 29-dək Hokkaydo sahilindəki Şizunai poliqonunda keçirilməsi planlaşdırılır. Hərbçilər tədbir zamanı iki raket buraxmağı planlaşdırır. Bu, Yaponiyada ilk belə təlim olacaq, çünki əvvəllər oxşar raketlərdən istifadə təhlükəli hesab olunurdu.

Gülşən Şərif


SON XƏBƏRLƏR