• Bakı 25° C

    1.46 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Təbrizdə 75 günlük su ehtiyatı qalıb

DÜNYA

24 Iyul 2025 | 13:27

Təbrizdə 75 günlük su ehtiyatı qalıb

Təbrizdə su istehlakı qırmızı həddə çatıb, şəhərdə 75 günlük su ehtiyatı qalıb.

Bakıvaxtı.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bunu Şərqi Azərbaycan əyalətinin Regional Su şirkətinin başçısı Yusif Qafarzadə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bölgədə içməli suyun orta istehlakı saniyədə 12 min litrə çatır, pik saatlarda bu göstərici 13 min litri ötür. Başçı bildirib ki, illik içməli su istehlakı artıq 380 milyon kubmetr təşkil edir, bu da ciddi idarəetmə tələb edən böyük bir rəqəmdir: “Kənd ərazilərində də 90 milyon kubmetr su istehlak olunur”.

O, əyalətin beş şəhərinin hazırda qırmızı statusda (böhranlı vəziyyətdə) olduğunu, doqquz şəhərin isə böhran həddinə yaxınlaşığını deyib: “Təbriz də bu böhranlı şəhərlər sırasında yer alır”.


SON XƏBƏRLƏR