• Bakı 18° C

    2.36 m/s

Yeni virus sürətlə ARTIR

DÜNYA

03 Sentyabr 2022 | 12:18

Yeni virus sürətlə ARTIR

Argentinanın Tucuman əyalətində müəmmalı pnevmoniya xəstəliyi səbəbindən 3 nəfərin öldüyü, 6 nəfərin isə yoluxduğu açıqlanıb. Xəstəliklərin artması ölkədə yeni bir virus epidemiyası ilə bağlı narahatlığı da gətirib çıxarıb. British Independent qəzetindəki xəbərə görə, yoluxmalar Tucumandakı özəl xəstəxanada 8 tibb işçisi və bir reanimasiya xəstəsindən ibarətdir.

Bakıvaxtı.az xəbər verir ki, mənşəyi məlum olmayan pnevmoniyaya yoluxmuş insanların Kovid-19, qrip və hantavirus da daxil olmaqla 30-dan çox virus və bakteriya üçün testin mənfi çıxdığını qeyd edən səlahiyyətlilər, bunun da yeni bir virusa işarə etdiyini qeyd ediblər. Xəstəliyin tez-tez yeni virus epidemiyalarının qurbanı olan tibb işçilərinə ötürülməsi xəstəliyin yayılma sürətinin yüksək ola biləcəyini göstərdi. Yoluxanların karantinə alındığı bildirilib.

Tucuman Əyalətinin Səhiyyə Naziri Luis Medina Ruiz, sirli pnevmoniya (sətəlcəm) olan ilk 6 xəstənin 18-22 avqust tarixləri arasında sıx ağciyər infeksiyası ilə xəstəxanaya müraciət etdiyini və tənəffüs çətinliyi, sinə ağrısı kimi simptomlar göstərdiyini söyləyib. “Bu xəstələrin ortaq cəhəti, Covid-19-a çox oxşar olan ağır tənəffüs çətinliyi və rentgen şəkilləri ilə ikitərəfli pnevmoniyaya bənzəməsidir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Avropa Xəstəliklərə Nəzarət Mərkəzinin epidemiya kəşfiyyat qrupları sirli pnevmoniya hallarını izlədiklərini açıqlayıb. 

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026