• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Türkiyədə inflyasiya 83%-i keçdi

DÜNYA

03 Oktyabr 2022 | 12:01

Türkiyədə inflyasiya 83%-i keçdi

2022-ci ilin sentyabr ayında Türkiyədə illik inflyasiya 83,45 faizə yüksəlib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Türkiyə Statistika Komitəsinin hesabatında bildirilib. Məlumata görə, inflyasiya avqust ayı ilə müqayisədə 3,08 faiz, ötən ilin dekabrından bəri isə 52,4 faiz artıb.

İl ərzində ən çox nəqliyyat xidmətləri (117,66 faiz), ərzaq məhsulları (93,05 faiz) və ev əşyaları (89,68 faiz) bahalaşıb.

Xatırladaq ki, avqust ayında illik inflyasiya 80,21 faiz təşkil etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026