• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

İran bu ölkəyə hücuma hazırlaşır

DÜNYA

02 Noyabr 2022 | 10:04

İran bu ölkəyə hücuma hazırlaşır

İran Səudiyyə Ərəbistanına hücuma hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə iddianı “The Wall Street Journal” qəzeti yayıb.

Bildirilir ki, Səudiyyə Ərəbistanı İranın hücuma hazırlaşdığı ilə bağlı kəşfiyyat məlumatları əldə edib və bu barədə ABŞ-ı məlumatlandırıb.

 İran Səudiyyə Ərəbistanı ilə yanaşı, İraqın Ərbil şəhərinə hücumlar təşkil etməyi planlaşdırır.

“Bununla da, İran diqqəti ölkə daxilində baş verən etirazlardan yayındırmağa çalışır”, - deyə qəzet yazıb.

İranın hücuma hazırlığına cavab olaraq, Səudiyyə Ərəbistanı, ABŞ və bir neçə qonşu dövlət öz Silahlı Qüvvələrinin döyüş hazırlığı səviyyəsini artırıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026