• Bakı C

    15.95 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Yük və minik avtomobilləri toqquşdu - 1 ölü, 3 yaralı

HADİSƏ

26 Fevral 2025 | 13:52

Yük və minik avtomobilləri toqquşdu - 1 ölü, 3 yaralı

Ağcabədi rayonunda yük və minik maşınlarının toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər ağır xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, hərəkətdə olan "KamAZ"la "Lada Priora" markalı avtomobillər toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü, 1979-cu il təvəllüdlü Allahverdi Yusif oğlu İmanov hadisə yerində ölüb. Minik maşınında olan digər sərnişinlər - sürücünün atası, 1942-ci il təvəllüdlü Yusif Allahverdi oğlu İmanov, 1948-ci il təvəllüdlü Cəlilabad Əbdül oğlu Nadirov və1972-ci il təvəllüdlü Vüqar Cəmşid oğlu Əhmədov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR