• Bakı 19° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Yüksək ballı abituriyentlər azalır - Ekspert

CƏMİYYƏT

17 Aprel 2023 | 13:38 | Müəllif: Qalib İbrahimoğlu

Yüksək ballı abituriyentlər azalır - Ekspert

Bu il yüz mindən çox şagird məzun olur. İllər keçdikcə ali təhsil almaq istəyənlərin də sayı artır. Ötən ilə nəzər saldıqda da görürük ki, ixtisas yerlərinin az, qəbul olmaq istəyənlərin isə çoxluğu bir çox abituriyentin ali təhsildən kənarda qalmasına səbəb olub.

Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a bildirib ki, bu il orta ümumtəhsil məktələrimizi yüz mindən çox şagird bitirir: “Keçən illə müqayisədə məzunlarımızın sayının artdığını müşahidə edirik. Eyni zamanda, ali təhsil müəssisələrinə sənəd verənlərin də sayı artıb. Əlbəttə, ilk baxışdan elə görünür ki, bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verənlərin sayı qəbul ola bilməyənlərin çoxalmasına da gətirib çıxaracaq. Lakin bu, belə deyil. Qeyd edək ki, 2022-ci ildə ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə plan yeri 50 min idisə, bu il dövlət strategiyasına uyğun olaraq 60 minə qədər artıb. Yəni ali təhsil müəssisələrinə qəbul plan yerinin artması, əlavə ixtisasların siyahıya salınması bu il qəbul olacaqların sayının əvvəlki illərlə müqayisədə artmasına gətirib çıxaracaq. Əlbəttə, bu, təhsilin inkişafı, keyfiyyətin yüksəldilməsi deyil, kəmiyyət artımıdır. Qəbul başa çatandan sonra Elm və Təhsil Nazirliyi qəbul olanların sayını uğur kimi qeyd etsə, bu uğur deyil. Bu, sadəcə sayın artımıdır”.

Ekspert hesab edir ki, bu il orta ixtisas təhsil müəssisələrinin də plan yerində artım olacaq, Onun sözlərinə görə, eyni zamanda, 5 və 12 martda keçirilən imtahanların çətinlik səviyyəsinin yuxarı olması yüksək ballı abituriyentlərin azalacağından da xəbər verir.

“Əgər keçən il bir ixtisasa 157 balla qəbul olunmuşdusa, bu il ondan da aşağı balla qəbul ola bilər. Yəni bu il minimum 150 balı keçən və müsabiqə şərtini ödəyənlərin ali təhsil müıssisələrinə qəbul olma şansı daha yüksəkdir. Ona görə də, bu il ciddi bir narahatlıq gözləmirəm, çünki qəbul plan yerindəki kəskin artım, imtahanların birinci mərhələdə çətin olması qəbul olma imkanlarını daha da genişləndirir”, - deyə Kamran Əsədov qeyd edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR