• Bakı 12° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bu il DSMF-nin xərcləri 2 mlrd. manatdan çox olub

CƏMİYYƏT

17 May 2023 | 12:25 | Müəllif: Qalib İbrahimoğlu

Bu il DSMF-nin xərcləri 2 mlrd. manatdan çox olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki  Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-aprel aylarında proqnozla müqayisədə 6 faiz  və ya 116 mln. manat çox olmaqla 2 mlrd. 118 mln. manat təşkil edib.

DSMF-dən Bakıvaxtı.az-a verilən məlumata görə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları artmaqda davam edib. Bu daxilolmalar yanvar-aprel aylarında proqnoza nisbətən 8 faiz və ya 116 mln. manat artaraq 1 mlrd. 625 mln. manat olub.

Son 4 ayda DSMF-nin xərcləri isə ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz və ya 237 mln. manat artaraq 2 mlrd. 003 mln. manata çatıb.


Bu il DSMF-nin xərcləri 2 mlrd. manatdan çox olub
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR