“Nazirlik bildirir ki, son zamanlar avtobuslardan istifadə 40 faiz azalıb. Deməli avtobusda sərnişindaşıma xidmətinin keyfiyyət azalıbdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində bu gün keçirilən növbəti iclasında “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirərkən deputat Azay Quliyev bildirib.
“Müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobusların sayı gündən-günə azalır. Vətəndaşlar saatlarla avtobus gözləyirlər. Bəzən də avtobuslar sərnişinlərin ehtiyacı olduğu ünvanlara kimi getmirlər. Daşıma xidməti göstərən sahibkarlar marşrut xəttinin sonuna kimi getməyi qənaətbəxş hesab etmirlər. Biz sahibkarlarla yanaşı vətəndaşların da maraqlarını qorumalıyıq”, - deyə A.Quliyev bildirib.
Ramid İbrahimov
















