“Vətəndaşlarımız kefindən taksidən istifadə etmirlər”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində bu gün keçirilən növbəti iclasında “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirərkən deputat Fazil Mustafa bildirib.
“Metroda və avtobusda sərnişindaşıma xidmətinin keyfiyyəti yaxşılaşdırılıbmı? Tıxacların səbəbi taksilər göstərilir. Bu, belə deyil. Biz taksi məsələsinə ictimai nəqliyyat məsələsi kimi deyil, sosial məsələ kimi yanaşılmalıyıq. Bu qanun layihəsi hazırlanırkən ictimai rəyi öyrənməliydi. Vətəndaşlar bu sözügedən qanun layihəsindən narahatdırlar”, -deyə F.Mustafa bildirib.
Ramid İbrahimov


jpg-1686903469.jpg)













