• Bakı 20° C

    3 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Yunanıstanda taksi sürücüləri tətil elan edib

DÜNYA

10 Sentyabr 2024 | 11:57 | Müəllif: Əli Hüseynov

Yunanıstanda taksi sürücüləri tətil elan edib

Yunanıstanın paytaxtı Afinada taksi sürücüləri sektorun problemlərini müzakirə etmək üçün təşkil edilən həmkarlar ittifaqı yığıncağına qatılacaqları səbəbiylə bir günlük tətilə başlayıblar.

Bakıvaxtı.az bu barədə yunan mediasına istinadla xəbər verir. 

Bildirilib ki, Taksi sürücüləri İttifaqının çağırışı ilə başlayan tətil bu səhər Afinada start götürüb. 

Yığıncaqda hökumətin tətbiq etdiyi yeni vergi tənzimləməsi, sosial sığorta haqlarının artırılması və pirat taksilər kimi səbəblərdən sektorun üzləşdiyi problemlər müzakirə edilib.

Tətilin sabah səhərə qədər davam edəcəyi gözlənilir.

Əli Hüseynov

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026