• Bakı C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 2.0008

    RUB - 2.2051

Zabrat qəsəbəsində su xəttindəki qəza aradan qaldırıldı

CƏMİYYƏT

24 Fevral 2026 | 17:51

Zabrat qəsəbəsində su xəttindəki qəza aradan qaldırıldı

Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsi, Molla Vəli Vidadi küçəsində diametri 560 millimetr olan içməli su xəttində qəza hadisəsi qeydə alınıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.

Məlumata görə, qəza hadisəsi qeyd alınan kimi əraziyə müvafiq rayon sukanal idarəsinin qəza briqadası cəlb edilib.

Su xəttində ilkin olaraq qaynaq işləri aparılmaqla qəza aradan qaldırılıb.

Hazırda bütün istiqamətlər üzrə təmir-bərpa işləri yekunlaşıb və suyun verilməsi bərpa edilib.

Qeyd edilib ki, bəzi ərazilərdə əhali tərəfindən primitiv çəkilən xətlər standartlara cavab vermədiyi üçün hidravlik rejimin bərpası vaxt tələb edir.


SON XƏBƏRLƏR