"Azərbaycanın son illərdəki təcrübəsi sübut edir ki, suverenlik anlayışı təkcə hüquqi norma kimi deyil, həm də regional sabitlik, sülh və əməkdaşlıq üçün mühüm siyasi amil kimi formalaşır".
Bakıvaxtı.az-ın xəbərinə görə, bu fikri Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc Bakıda keçirilən “XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiyalar və perspektivlər” adlı beynəlxalq elmi-praktik konfransda səsləndirib.
Zahid Oruc qeyd edib ki, Azərbaycanın qazandığı Zəfərdən sonra “konstitusionalizm” və “suverenlik” anlayışları ölkədə yalnız hüquqi deyil, eyni zamanda siyasi, iqtisadi və mənəvi sahələrdə də yeni məna daşımağa başlayıb.
STM rəhbəri vurğulayıb ki, tədbirdə Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Almaniya, Fransa, Çin, Yaponiya, Macarıstan, Polşa, Qətər, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Kanada, Ukrayna, Rumıniya və Tacikistandan olan mütəxəssislər də iştirak edirlər.
Əli Hüseynov
Bakı 


