• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Almaniya Kansleri İlham Əliyevə ZƏNG ETDİ

SİYASƏT

04 Dekabr 2025 | 20:26 | Müəllif: Subhan Mahmudov

Almaniya Kansleri İlham Əliyevə ZƏNG ETDİ

Dekabrın 4-də Almaniya Federativ Respublikasının Kansleri Fridrix Merts Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Fridrix Merts, ilk növbədə, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. Kansler Almaniyanın regionda sabitliyi dəstəklədiyini vurğulayıb.

Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Azərbaycanın regional sülh təşəbbüslərinin müəllifi olduğunu qeyd edib.

Prezident İlham Əliyev ölkəmizin regionda davamlı sülhün təmin olunması və möhkəmləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini bildirib.

Telefon danışığı zamanı Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Kansler Fridrix Merts dövlət başçısını Almaniyaya səfərə dəvət edib. Dəvəti məmnunluqla qəbul edən Prezident İlham Əliyev öz növbəsində Almaniya Kanslerini Azərbaycana səfərə dəvət edib. Fridrix Merts də dəvəti məmnunluqla qəbul edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026