• Bakı 11° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.9817

    RUB - 2.2074

Sahibə Qafarova seçicilərin növbəti qəbulunu keçirib

SİYASƏT

04 Dekabr 2025 | 17:58

Sahibə Qafarova seçicilərin növbəti qəbulunu keçirib

Milli Məclisin sədri, 102 saylı Şəmkir şəhər seçki dairəsindən millət vəkili Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, görüşdə Milli Məclisin sədri vətəndaşlara ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli inkişaf siyasəti və onun prioritetləri, Azərbaycanın əldə etdiyi misilsiz nailiyyətlər barədə məlumat verib.

Həmçinin, ölkəmizin iqtisadi inkişafı fonunda vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində görülən tədbirlər seçicilərin diqqətinə çatdırılıb.

Görüşdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən nəhəng yenidənqurma və bərpa işləri, “Böyük Qayıdışa dair Dövlət Proqramı”nın uğurla icra olunması, şəhid ailələrinə və müharibədə sağlamlığını itirmiş vətəndaşlarımıza yüksək dövlət qayğısı və dəstəyi, həmçinin digər tədbirlər haqqında da məlumat verilib.

Videoqəbulda spiker, Şəmkir şəhərindən, həmçinin rayonun Çinarlı qəsəbəsindən və Təzəkənd kəndindən olan seçicilərin bir sıra məsələlərlə əlaqədar müraciətlərini dinləyib. Müraciətlərdə əksini tapan bəzi məsələlər yerli xarakterli olduğundan, baxılması üçün icra hakimiyyəti nümayəndələrinə istiqamətləndirilib. Digər bir qisim müraciətlərin araşdırılması üçün aidiyyəti orqanlara sorğular göndərilib, vətəndaşlara ətraflı izahat verilib.


SON XƏBƏRLƏR