Yanvarın 12-də Xorvatiyada prezident seçilən Zoran Milanoviç ikinci müddətinə and içib.
Bakıvaxtı.az xəbər verir ki, paytaxt Zaqrebdəki Prezident sarayında keçirilən andiçmə mərasiminə keçmiş prezidentlər, hərbi rəsmilər, dini nümayəndələr, səfirlər, Milanoviçə dəstək verən siyasi partiya və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak edib.
Mərasimə həyat yoldaşı Sanja Music Milanovic ilə gələn Milanovic prezident andını içdikdən sonra etdiyi çıxışda dövlət qurumlarının vətəndaşların sülh və təhlükəsizliyinin təmin edilməsinə cavabdeh olduğunu bildirib.
Haqsızlıq və korrupsiyanın cəmiyyət quruluşunu xəstəlik kimi zədələdiyini bildirən Milanoviç qeyd edib ki:
"Pis gündə maddi və mənəvi cəhətdən sarsılmamağımızı, firavanlıq dövründə reallıqla əlaqəmizi və möhkəm zəminimizi qoruyub saxlamağımızı təmin edəcək hüquqi və sosial mexanizmlər qurulmalı və təkmilləşdirilməlidir".
Əli Hüseynov