• Bakı 10° C

    6.89 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

ABŞ şirkəti neft hasilatını 6% azaldıb
DÜNYA
09 Aprel 2026 | 17:43

ABŞ şirkəti neft hasilatını 6% azaldıb

ABŞ-nin "Chevron" şirkəti bu ilin birinci rübündə ötən ilin son rübü ilə müqayisədə neft hasilatını 6% azaldıb.

Bakıvaxtı.az"Bloomberg" agentliyinə istinadən xəbər verir ki, buna səbəb ABŞ-nin İrana qarşı hərbi əməliyyatları olub.

Agentliyin məlumatına görə, 2025-ci ilin dördüncü rübündə orta gündəlik hasilat təxminən 4,05 milyon barel neft təşkil edib. Bu ilin birinci rübündə isə bu rəqəm 3,8-3,9 milyon barel olub.

"Chevron" nümayəndələri göstəricilərin aşağı düşməsini Fars körfəzi ölkələri və İsraildəki yataqlarda hasilat həcmlərinin azalması, eləcə də Qazaxıstandakı müəssisələrdəki problemlərin nəticələri ilə əlaqələndiriblər.


SON XƏBƏRLƏR