• Bakı 10° C

    6.89 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

Atəşkəs rejimi: Fasilələr nə ilə nəticələnəcək? 
DÜNYA
09 Aprel 2026 | 17:50

Atəşkəs rejimi: Fasilələr nə ilə nəticələnəcək? 

Məlumdur ki, ABŞ və İran arasında ikihəftəlik atəşkəs razılaşması əldə olunub. Aİ rəsmiləri atəşkəsin münaqişənin eskalasiyasının qarşısının alınmasına imkan verdiyini vurğulayıblar.

Hətta Aİ Şurasının Prezidenti Antonio Koşta Yaxın Şərqdə ikihəftəlik atəşkəs xəbərini alqışlayaraq, regionda davamlı sülhə nail olmaq üçün bütün tərəfləri onun şərtlərinə əməl etməyə çağırıb.

Bəs görəsən, reallıqda bu razılaşma geosiyasi aləmə, xüsusən də Yaxın Şərqdəki vəziyyətə necə təsir edəcək? Razılaşmanın son nəticəsi necə ola bilər?

Bu mövzu ilə bağlı fikirlərini Bakıvaxtı.az-la  Politoloq Xəqani Cəfərli bölüşüb.

Onun sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarla bağlı ikihəftəlik atəşkəs əslində hərbi əməliyyatlar arasında fasilə kimi görünür:

"Ötən ilin iyununda İrana qarşı 12 günlük müharibədən sonra yaranan fasilə təxminən 8 ay çəkdi. İndi atəşkəs adı ilə elan olunan fasilənin nə qədər davam edəcəyi məlum deyil. Kövrək atəşkəs hər an pozula bilər. İran İsraili məhv etmək siyasətindən imtina etməyib, İsrail də bu təhdidi ortadan qaldırmaqda qərarlıdır".

Xəqani Cəfərli: İki həftəlik atəşkəsin ciddi dəyişikliklər doğurması mümkün deyil

Müsahibimiz qeyd edib ki, proseslərin inkişafını bu məntiq həll edəcək:

"Ona görə də ikihəftəlik atəşkəsin Yaxın Şərqdəki vəziyyətə necə təsir edəcəyindən danışmaq mümkün deyil".

Politoloq qeyd edib ki, üstəlik aparıcı ərəb ölkələri ilə İran arasında düşmənçilik daha da dərinləşib. 

"İki həftəlik atəşkəsin ciddi dəyişikliklər doğurması mümkün deyil. Əgər bir möcüzə baş versə və İranın xarici siyasətində kəskin dəyişiklik baş versə, hansısa müsbət nəticələrə ümid etmək imkanı yaranacaq. İndiki halda hərbi əməliyyatlarda bir fasilə elan olunub və bu fasilənin nə zaman bitəcəyi haqqında düşünmək daha doğru olar", - deyə müsahibimiz əlavə edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR