• Bakı 10° C

    6.89 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

Azərbaycan millisinin məşqçisi Norveç klubunda təcrübə keçir
İDMAN
09 Aprel 2026 | 18:33

Azərbaycan millisinin məşqçisi Norveç klubunda təcrübə keçir

Azərbaycan milli komandasının məşqçisi Elnur Çodarov UEFA Pro lisenziyası üzrə təhsil proqramı çərçivəsində Norveçin aparıcı klublarından biri olan “Valerenqa”da birhəftəlik təcrübə proqramında iştirak edir.

AFFA-dan Bakıvaxtı.az-a verilən məlumata görə, təcrübə müddətində E.Çodarov “Valerenqa”nın əsas komandasının baş məşqçisi Geir Bakke ilə görüşüb. Görüş zamanı tərəflər müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıblar, məşq prosesinin təşkili və iş prinsipləri ilə yaxından tanışlıq baş tutub.

Proqram çərçivəsində millimizin məşqçisi komandanın məşqlərini izləyib və iş prosesi ilə yerində tanış olub.

Elnur Çodarov “Valerenqa”nın baş məşqçisinə üzərində adı yazılmış Azərbaycan millisinin formasını hədiyyə edib.


SON XƏBƏRLƏR