• Bakı 20° C

    1.13 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Bizim günümüz - Qalib İbrahimoğlu yazır
YAZARLAR
05 Mart 2022 | 17:26

Bizim günümüz - Qalib İbrahimoğlu yazır

Qalib İbrahimoğlu

Bu gün Bakıvaxtı.az xəbər portalının fəaliyyətə başlamasından 1 il ötür.

Oxucularla görüşə gəldiyi ilk gündən qarşısına dəqiq xəbərlər çatdırmağı məqsəd qoyan portal ötən 1 il ərzində verdiyi sözə əməl etdi. Qısa müddət ərzində özünə kifayət qədər oxucu auditoriyası toplaya bilən Bakıvaxt.az portalı ölkədə baş verən siyasi, ictimai, sosial, iqtisadi və digər sahələri əhatə edən mövzularla oxucuların görüşünə gəlir.

Adətən yeni xəbər saytı yarananda bunu kiminsə adına, hansısa quruma bağlayırlar. Amma Bakıvaxtı.az müstəqil fəaliyyət göstərən portal olaraq ölkədəki ictimai və siyasi təşkilatlar arasında heç bir fərq qoymadan onların bütün məlumatları işıqlandırır. Birillik fəaliyyətimizdə sübut etdik ki, tərəfsiz olaraq da media qurumu qurmaq, hətta inkişaf etdirmək olar.

Bakıvaxtı.az müxtəlif yaş kateqoriyalarından olan oxucuların saytıdır. Necə deyərlər, 7-dən 77-dək hamının oxuya biləcəyi saytdır Bakıvaxtı.az. Bizi məktəbli də oxuyur, tələbə də. Bakıvaxtı.az fəhlənin də saytıdır, məmurun da.

Ölkənin siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, eləcə də regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər Bakıvaxtı.az-da əksini tapır.

Fəaliyyətimiz baş verən hadisələrlə bağlı oxucularımızı obyektiv, qərəzsiz, vaxtında məlumatlandırmaqdır. İşimizlə Azərbaycan mətbuatının inkişafına xidmət edirik və bu xidmətdən yorulmuruq, usanmırıq.

Hədəfimiz Azərbaycanda olan internet istifadəçilərinin maraqlarına uyğun bir media kimi fəaliyyət göstərməkdir. Təbii ki, sadiq oxucularımızla əlaqə, onların bizə etimadı və inamı qarşıya qoyduğumuz hədəflərə çatmaqda bizə yardımçı olacaq.


SON XƏBƏRLƏR