• Bakı 15° C

    4.1 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Zəfərin səsi – Qalib İbrahimoğlu yazır
YAZARLAR
07 Noyabr 2025 | 16:45

Zəfərin səsi – Qalib İbrahimoğlu yazır

Qalib İbrahimoğlu

Əvvəl Qarabağı xəritədə göstərəndə uşaqlarımız “Orda müharibə gedir” deyirdilər. İndisə barmaqlarını o ərazilərə tuşlayıb “Qarabağ Azərbaycandır!” söyləyirlər.

Bu, beş ildir ki, belədir və əbədi olatraq da belə qalacaq.

8 Noyabr xalqımızın tarixində təkcə bir bayram kimi deyil, bir millətin dirçəliş simvolu kimi həkk olunub. 8 Noyabr təqvimdə təkcə qırmızı rəngdə verilib istirahət günü deyil, bu tarix bizə həm də AZADLIQ, BİRLİK, İNAM-ın nəyə qadir olduğunu xatırladır.

Bu qələbə minlərlə şəhidin qanı, qazilərin fədakarlığı və xalqın sarsılmaz iradəsi ilə yazıldı.

8 Noyabr millətimizin tarixindən heç vaxt silinməyəcək gündür. Prezident, Ali Baş Komandan İlham Əliyevin “Şuşa azaddır!” sözləri hər evdə sükutun yerini sevincə verdi, göz yaşının yerini qürur aldı. O bir kəlmə, 30 il gözlənilən həmin kəlmə... Şuşanın azad olması həm də millətin azad olması demək idi. “Şuşa, sən azadsan!” kəlməsi ruhumuzu dirçəltdi. “Şuşa, sən azadsan!” sözləri inamı özümüzə qaytardı. O kəlmə torpağın səsini eşitdirdi bizə.

... Bu gün bütöv Azərbaycanın hər yerində dağalanan o üçrəngli bayraq şəhidlərimizin qanı ilə boyanmış, xalqın ruhundan doğulmuş müqəddəs simvoldur.

... – Adın nədi, balaca:

- Zəfər.

Qürurla deyir adını. Deyəndə də yumruğunu başının üstünə qaldırır.

- Adının mənasını bilirsənmi, Zəfər?

- Qələbə.

- Doğrudur, Zəfər.

ZƏFƏR həm də dünənəcən bir evin, bu gün isə bir elin oğlu olan, Vətənə çevrilən ŞƏHİDDİR.

ZƏFƏR oğlunun tabutunun üstünə örtülmüş üçrəngli bayrağı öpüb gözünün üstünə qoyub “Vətən sağ olsun!” deyən ŞƏHİD ATASIDIR.

ZƏFƏR çiynini oğlunun tabutu altına verib qürurla addımlayan ŞƏHİD ANASIDIR.

ZƏFƏR atasının üzünü bir gün belə görməyən, anasına “Atam gecmi gələcək” sualını verib, “Atan həmişə bizimlədir” cavabını alan ŞƏHİD ÖVLADIDIR.

ZƏFƏR 44 gündə şanlı tarix yazan AZƏRBAYCAN ORDUSUDUR.

ZƏFƏR dəmir yumruqlu ALİ BAŞ KOMANDAN, PREZİDENTDİR.

ZƏFƏR SƏNSƏN, MƏNƏM. BİZİK.

ZƏFƏR AZƏRBAYCANDIR.

Zəfərin mübarək, AZƏRBAYCAN!!!


SON XƏBƏRLƏR