Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı aparıb.
Bakıvaztı.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Bildirilib ki, danışıq zamanı İrandakı atəşkəs prosesi və son hadisələr müzakirə edilib.
Ərdoğan Şahbaz Şərifə atəşkəs prosesindəki roluna görə təşəkkür edib. Prezident Ərdoğan iki həftəlik sülh prosesindən yaxşı istifadə edilməli olduğunu və Türkiyənin davamlı sülh və sabitliyə töhfə verməyə davam edəcəyini bildirib.
Pakistanın baş naziri də atəşkəs prosesinə verdiyi töhfələrə görə Ərdoğana təşəkkür edib.
Bakı 












