İranın 1979-cu ildə devrilmiş sonuncu şahının oğlu Rza Pəhləvi ABŞ prezidenti Donald Trampı və İsrailin baş naziri Benyamin Netanyahunu İnstaqramda izləmədən çıxarıb.
Bakıvaxtı.az xəbər verir ki, bu, Amerika liderinin Tehranla atəşkəs elan etməsindən sonra baş verib.
Qeyd edək ki, 7 apreldə Ağ Ev İranla iki həftəlik atəşkəs elan edib. ABŞ Vaşinqtonun Tehrandan münaqişənin həlli üçün 10 maddəlik təklif aldığını və bunun üzərində işləməyə davam etməyə hazır olduğunu bildirib. Amerika prezidenti, həmçinin, qeyd edib ki, atəşkəsin bir hissəsi olaraq İran Hörmüz boğazının açılmasına razılıq verib.
Bakı 












