• Bakı 10° C

    6.89 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

Məşhur rusiyalı komediyaçı axtarışa verildi
ŞOU
09 Aprel 2026 | 18:48

Məşhur rusiyalı komediyaçı axtarışa verildi

Rusiyada “xarici agent” kimi tanınan məşhur komediyaçı və musiqiçi Semyon Slepakov barəsində açılan cinayət işi çərçivəsində beynəlxalq axtarışa verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, hazırda müstəntiqlər sübutların toplanması istiqamətində işləri davam etdirirlər.

Qeyd edək ki, aprelin 9-da Moskva prokurorluğu Slepakova qarşı Rusiya Cinayət Məcəlləsinin 330.1-ci maddəsi (xarici agentlər haqqında qanunvericiliyin tələblərini yerinə yetirməkdən yayınma) ilə cinayət işi açıb.

Xatırladaq ki, Slepakov Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra ölkəni tərk edib və hazırda İsraildə yaşayır.


SON XƏBƏRLƏR