106 il əvvəlin bu günündə - 1918-cu il mayın 28-də - Məmməd Əmin Rəsulzadə və məfkurə qardasları bir respublika qurdular.
Böyük fədakarlıqla qurulan bu Cümhuriyyət müsəlman dünyasında ilk dünyəvi demokratik respublika kimi tarixə düşdü.
Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı.
Bu 23 ayda xalqın milli mənlik şüurunu özünə qaytardı Azərbaycan Xalq Cümhuriyyəti.
Xalqln tarixi nailiyyəti idi Azərbaycan Xalq Cünhuriyyəti.
Müstəqil dövlətçiliyimizin əsasını qoydu Azərbaycan Xalq Cümhuriyyəti.
Xalqın öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi Azərbaycan Xalq Cümhuriyyəti.
Xalqımızın demokratik ruha malik olduğunu göstərdi Azərbaycan Xalq Cümhuriyyəti.
Azərbaycan xalqının azadlıq ideyalarının bəhrəsi idi Azərbaycan Xalq Cümhuriyyəti.
1918-ci il 9 noyabr tarixində Azərbaycan Demokratik Cümhuriyyətinin üçrəngli bayrağı qəbul edildi.
Başımızın üstündə məğrur-məğrur dalğalanan, Məmməd Əmin Rəsulzadənin bir kərə yüksəltdiyi üçrəngli bayraq bir daha enməyəcək!
Bu bayrağı Əbülfəz Elçibəy qorudu!
Bu bayrağı Heydər Əliyev möhkəmlətdi!
Bu bayrağı Ali Baş Komandanımız İlham Əliyev daha yüksəklərə ucaltdı!
İlk dəfə Müstəqilllik Gününü ərazimizdə yadelli ünsür olmadan, suverenliyimizin tam təmin olunduğu şəraitdə qeyd edirik.
Bu günü bizə bağışlayan Cümhuriyyət qurucularını hörmətlə anırıq.
Müstəqiiliyi bizə ərmağan edən şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qazilərimizə can sağlığı diləyirik.
Bu günü Tarix yazaraq qoruyub saxlayan, Vətəni BÜTÖV edən Prezident, Ali Baş Komandan İlham Əıiyevə, Azərbaycan Ordusuna təşəkküt edirik.
Bu gün hər birimiz müstəqil Azərbaycanın müstəqil vətəndaşı olmaqdan qürur duyuruq. "Mən azərbaycanlıyam" kəlməsini uca səslə və fəxrlə deyirik.
Sən bizimsən, bizimsən
Durduqca bədəndə can.
Yaşa, yaşa, çox yaşa
Ey şanlı Azərbaycan!