• Bakı 15° C

    2.38 m/s

Cənubi Qafqazda nə baş verir? - Mirzoyan Moskvaya, Papkiyan ABŞ-a gedib 

DÜNYA

05 Sentyabr 2022 | 14:08

Cənubi Qafqazda nə baş verir? - Mirzoyan Moskvaya, Papkiyan ABŞ-a gedib

“Ermənistan hakimiyyəti iki böyük gücün – Rusiya və ABŞ arasında qalıb. Bunu Ermənistan rəsmilərinin səfər trayektoriyasından da müəyyənləşdirmək olar”.

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.  

Ekspert qeyd edib ki, deməli, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bu gün Moskvaya gedib:

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarını hüzuruna çağırıb. Görünür, Lavrov Mirzoyandan liderlərin Brüssel görüşünün detallı hesabatını istəyəcək. Ermənistanın müdafiə naziri Suren Papkiyan isə bugün əks istiqamətə - ABŞ-a gedib. Onu da Pentaqona çağırıblar. Görünür amerikalılar da İrəvanın Rusiya ilə hərbi əməkdaşlığın səviyyəsini öyrənmək istəyirlər. Üstəgəl Qarabağ separatçılarının “xarici işlər naziri” David Babayanı da Konqresdə gözləyirlər”.

E. Şahinoğlu bildirib ki, iki gün sonra isə baş nazir Nikol Paşinyan Kreml sahibi Vladimir Putinin hüzurunda olacaq:

“Paşinyan Putinlə birgə iqtisadi forumda iştirak edəcək. Beləliklə, İrəvan həm Moskvaya, həm də onun qatı düşməni Vaşinqtona hesabat verir. Aydındır ki, Paşinyan və hökuməti Rusiyanın ağalığından imtina edə bilmirlər, asılıdırlar, ancaq Vaşinqtonun da şirnikləndirici təkliflərindən vaz keçmirlər. Vaşinqton Ermənistanın Rusiyadan tam imtina edə bilməyəcəyini anlayışla qarşılayır, Kremlin isə bu məsələdə mövqeyi qətidir: “Mənim yanımda olmalısan””.

Nuranə Daxilqızı 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026