• Bakı 7° C

    2.08 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

İrandakı zəlzələdə xəsarət alanların sayı - RƏQƏMLƏR + YENİLƏNİB

DÜNYA

05 Oktyabr 2022 | 12:13

İrandakı zəlzələdə xəsarət alanların sayı - RƏQƏMLƏR + YENİLƏNİB

İranın Qərbi Azərbaycan əyalətində baş vermiş zəlzələdə xəsarət alanların sayı 530 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, xəsarət alanların sayı getdikcə artır.

Yaralılar əsasən əl-ayaqların sınması və bədən xəsarətləri diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bu gün səhər İranın Qərbi Azərbaycan əyalətinin Xoş şəhərində yerin 10 kilometr dərinliyində 5.4 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar Xoy şəhəri və ətraf bölgələrdə evlərə ziyan vurub.

Hazırda xilasetmə qüvvələri zəlzələ bölgəsində işlərini davam etdirir. /APA

 

09:54

İranın Qərbi Azərbaycan vilayətində yerləşən Xoy şəhərində baş verən zəlzələdə çoxlu sayda yaralı var.

Bakıvaxtı.az İSNA-ya istinadən xəbər verir ki, zəlzələ nəticəsində 280 nəfər yaralanıb, 200 evə ziyan dəyib.

Qeyd edək ki, oktyabrın 5-də yerli vaxtla saat 04:21-də Naxçıvan stansiyasından 80 km cənub-qərbdə İran ərazisində 5,9 maqnitudalı zəlzələ olub. Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5,3 bala qədər hiss olunub.

Muxtar respublikada dağıntı və tələfat yoxdur. Zəlzələ Türkiyə, İraq və Ermənistanda da hiss edilib. Zəlzələ ocağının dərinliyi 3 kilometr təşkil edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026