Qondarma “DQR”in keçmiş “müdafiə naziri” Mikayel Arzumanyan haqqında başlanılan cinayət işində dəyişiklik edilməsi gözlənilir.
Bakıvaxtı.az xəbər verir ki,bu barədə erməni KİV-lərində məlumatlar verilib.
“Cinayət işində Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın adı çəkiləcək. Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş qərargah rəisi Onik Qasparyanın da qanunsuz əməllərinə göz yumulmayacaq” - nəşr vurğulayıb.
Səbuhi Elnur
















