• Bakı C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Rus general İrana PUA almaq üçün gedib?

DÜNYA

04 Dekabr 2022 | 11:38

Rus general İrana PUA almaq üçün gedib?

Tehranda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Bagiri Rusiya müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fominlə görüşüb. Tərəflərin İrandan Rusiyaya PUA və raketlərin yeni tədarükünü müzakirə etdiyi ehtimal olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Ola bilsin ki, onlar Ukraynada istifadə olunması üçün İran PUA və raketlərinin Rusiyaya satışını müzakirə ediblər. Bagiri baş komandan və hərbi siyasət və strateji istiqamətə cavabdehdir”, - məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR