• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

21 ildir ki, quyuda imiş: Qan donduran qətldə ŞOK DETALLAR

DÜNYA

04 Noyabr 2022 | 10:29 | Müəllif: Qalib İbrahimoğlu

21 ildir ki, quyuda imiş: Qan donduran qətldə ŞOK DETALLAR

Kayseridə "quyuda cəsəd var" söz-söhbəti əsasında quyudan çıxarılan sümüklərin 21 il əvvəl yoxa çıxan 7 uşaq anası Ayşe Kavaka (47) aid olduğu müəyyən edilib.

Bakıvaxtı.az xəbər verir ki, Kayseri valisi Gökmen Çiçəyin əmri ilə yaradılan xüsusi qrup 5 aylıq işdən sonra qatilin çoban M.A. olduğunu müəyyən edib. 1988-ci ildə törətdiyi daha bir cinayətə görə 12 il həbs cəzası alan M.A-nın əfv fərmanı ilə azadlığa çıxmasından 2 ay yarım sonra Ayşe Kavakı öldürdüyü müəyyən edilib. Ayşe Kavakın qətlindən iddia müddəti ilə qaçan M.A. prokurorluq tərəfindən sərbəst buraxılıb.

Qeyd edək ki, “Sabah”ın müxbiri Əli Altuntaş Kayseridə Yılanlı dağında quyuda cəsəd olması ilə bağlı yayılan söz-söhbətə əsaslanaraq dağa gedərək 3 gün ərzində bir-birinə yaxın bir çox quyuda araşdırma aparıb. Əsrlik qar quyusunda skeletə çevrilən meyiti tapan jurnalist vəziyyəti Kayseri valisi Gökmen Çiçəyə izah etdikdən sonra valinin göstərişi ilə qətllə bağlı Kayseri Polis İdarəsində xüsusi qrup yaradılıb.

Quyudan çıxarılan skeletin 21 il əvvəl yoxa çıxan Ayşe Kavaka məxsus olduğu ortaya çıxıb. Ayşe Kavakın itməsindən sonra 7 uşaqla tək qalan Halil Kavak həyat yoldaşını hər yerində axtarıb. Bu prosesdə xırdavat dükanını da daxil olmaqla bir çox şeyi itirən Halil Kavak 2012-ci ildə itkin həyat yoldaşını tapmadan vəfat edib. Üzüyü, sırğası və boyunbağısı alındıqdan sonra öldürülərək quyuya atılan Ayşe Kavakın qatilini tapmaq üçün Yılanlı dağında çadır quran polis gecə-gündüz araşdırma aparıb. Dağın ətrafındakı 2 məhəllədə 350 nəfəri sorğulayan polis, öldürülməzdən əvvəl qaçırılan Ayşe Kavakın telefonunu da texniki təqibə aparıb.

Qətldən sonra Kavakın telefonundakı sim kartın dəyişdirildiyini təyin edən polis taxılan ikinci sim kartın bu telefonda uzun illər istifadə edildiyini müəyyən edib. Telefonun sahibini müəyyən edən polislər 2001-ci ildə Yılanlı dağında çobanlıq edən M.A-ya çatıb. Qətl Bürosu qrupları tərəfindən dindirilən çoban M.A-nın 1988-ci ildə bir adamı bıçaqla öldürdüyü və 12 il həbsdə yatdığı məlum olub. Dindirilərkən ittihamları rədd edən M.A-nın ətrafındakı bir neçə şəxs Ayşe Kavakdan oğurladığı qızılları zərgər dükanında dəyişdirdiyini təsdiqləyiblər.

Aytac Aslan


21 ildir ki, quyuda imiş: Qan donduran qətldə ŞOK DETALLAR21 ildir ki, quyuda imiş: Qan donduran qətldə ŞOK DETALLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026